Azərbaycanda xarici radioların FM-də yayımı dayandırılır

http://www.azadliq.org/content/Article/1365025.html

2009-cu ilin yanvarın 1-dən Azərbaycanda fəaliyyət göstərən xarici radioların yerli tezlikdə yayımı dayandırılır. Bu haqda dekabrın 30-da Milli Teleradio Şurası qərar verib.
Şura bildirir ki, xarici radioların FM tezliyində yayımlanması Azərbaycanın «Milli teleradio yayımı haqqında» qanununa uyğun deyil. Bundan sonra bu KİV-lər öz fəaliyyətlərini qısa dalğada, İnternet və peyk yayımı ilə davam etdirə bilərlər.

«Azadlıq» radiosunu yanvarın 1-dən etibarən qısa dalğada (SW) 9.48 mhz, peyk, həmçinin əvvəlki qaydada İnternet vasitəsilə dinləmək mümkündür

Azərbaycan rəsmiləri deyirlər ki, xarici radioların ölkədə yayımını beynəlxalq qaydalara uyğunlaşdırır. ATƏT-in bir neçə ay əvvəlki bəyanatında isə bildirilirdi ki, Avropa məkanında media sahəsində yeganə beynəlxalq standart plüralizmin təmin olunmasıdır. Əksər beynəlxalq təşkilatlar bəyan ediblər ki, xarici radioların yerli tezliklərdə yayımının dayandırılması Azərbaycanda media sahəsində plüralizmə zərbə vuracaq.
«Azadlıq» radiosunu yanvarın 1-dən etibarən qısa dalğada (SW 9.48 MHz), peyk, həmçinin əvvəlki qaydada İnternet vasitəsilə dinləmək mümkündür.
Azərbaycanda üç xarici radio – «Azadlıq», «Amerikanın Səsi» və BBC radioları fəaliyyət göstərir.

No comments: