Bizim artıq 3 yaşımız var!

Düz 3 il bundan əvvəl bir qrup gənc Nizami metrosu yaxınlığında X adlı QHT-nin zalında yığışıb OL! Azərbaycan Gənclər Hərəkatını təsis etdilər. Bu gənclər olduqca fərqli idi. Həm cəmiyyətdən həmdə ki, biri-birindən. Onları yalnız bir şey birləşdirirdi - özlərini və ətrafını dəyişdirmək istəyi.

2006-cı ilin qışında bu gənclər dəqiq nə edəcəyini bilmirdilər. Buna görə onlar sadəcə azad, tolerant, peşəkar, demokratik və ədalətli olmağı seçdilər. Həmin vaxtdan 3 il keçib və tam əminliklə deyə bilərik ki, bəzilərində bu alındı, bəzilərində yox, bəziləri isə indiyə qədər dəqiq nə edəcəyini bilmirlər. Amma bir şey dəyişmədi - özünü və ətrafını dəyişdirmək istəyi.

3 il ərzində OLçulara çoxları qoşuldu, çoxları ayrıldı. Bəziləri xaricə getdi, bəziləri dövlət işinə, bəziləri isə başqa təşkilatlara köçdü. OLçular bir çox işlər gördülər, tədbirlər həyata keçirdilər, müzakirə üçün platforma yaratdılar və azad ideya dövranını təmin etdilər. Daha çox iş görə bilərdilər... daha az da edə bilərdilər.

Mən OL!-un bir hissəsi olaraq anlayıram ki, hər gün və bəzən gündə 2-3 dəfə dəyişirəm, çox dəyişkənəm və ətrafımı da dəyişməyə çalışıram. OL!-da belədir, yarandığı gündən çox dəyişib, hər gün dəyişir və dəyişəcək (özünü və ətrafını). Bu daimi ekzistesiyanı yalnız OL!-a yaxın olanda anlamaq olar.

Əzizlərim, hamınızı çox sevirəm, sizinlə fəxr edirəm. Elə Azərbaycanda yaşamaq istəyərdim ki, orada OL! kimi təşkilat lazım olmasın. Amma təəssüf ki, hələ OL! lazımdır, OL!-a da siz lazımsınız. Mən həyatımda hər zaman lazımlılığımı hiss etmək istəyirdim və sizin köməyinizlə buna artıq, müəyyən mənada, nail oldum.

3 yaşınız mübarək OLsun!

Var OLun!

OLçu Adnan

4 comments:

Anonymous said...

eshq olsun

Orkhan said...

İlk dəfə "OL!" haqda, "DALĞA"-nın, Bakı ofisində ADR90 futbol matçları haqda bildikdə, öyrəndim. Adı və sloqanları xoşuma gəldi :-), lakin sonralar ümumiyyətlə eşitmədim.
Görünür zaman dəyişir. İndi adınızı çox tez-tez eşidir və hallandığının şahidi oluram. Buna da ÇOX sevinirəm! İnanıram ki, getdikcə inkişaf edib çoxlu alternetivliklə rəqabət gətirəcəksiniz. SAĞLAM RUH və DÜŞÜNCƏ UĞRUNDA! ;)

3 yaşınız mübarək olsun! ;)

Orxan Quliyev,
DALĞA Gənclər Hərəkatı.

Adnan Hajizada said...

Orxan,

Sən haqlısan, zaman doğrudan da dəyişib.

Adnan

Adnan Hajizada said...

Orxan,

Sən haqlısan, zaman doğrudan da dəyişib.

Adnan