Foto - Cəngəlliyin içində

Zəhmət olmasa bu fotoya diqqətlə baxın. Fotoşəkil Azərbaycan internet forumların birindən götürülmüşdür.

Deyəcəksiniz ki, bu şəkli asmaqla məqsədiniz nədir? Düşünücəksiniz ki, biz cəmiyyətdə olan iqtisadi böhran gözləntilərinin abu-havasını sizlərə göstərmək istəyirik. Ya da ki, düşünə bilərsiniz ki, təqaüdçülərimizin hər ay öz təqaüdlərinin necə həsrətlə gözlədiyini nümayiş etdirmək istəyirik…

Xeyr. Bir dəfə bu tip qarışıqlığa düşsəniz, hansı məsələyə toxunmaq istədiyimizi anlayardınız.

Növbə mədəniyyəti…

Məni həmişə belə bir sual maraqlandırıb. Nə üçün bizim cəmiyyətə mənsub olan insanların böyük əksəriyyəti növbədə düz xətlə dayanmağı bacarmır? Nə üçün növbə zamanı insanlarımızda ajiotaj yaranır. Sanki, 2 dəqiqə sonra növbədə duran insanların qarşısındakı qapı bağlanacaq və onlara “Çörək qurtardı”, “Bilet qalmadı”, “Rəisin iş vaxtı bitdi, sabah gəlin” deyəcəklər.

Bu suala cavab tapa bilsək çox gözəl olardı. Hər dəfə növbəyə düşəndə özümü cəngəllikdə hiss etməkdən bezmişəm…

Vüqar Salamlı

12 comments:

Esmira Mammadova said...

Novbede durmaqla bagli bizim millete bir sira training-ler kechmek lazimdir.
chox aktual bir problemdir.

Adnan Hajizada said...

Günahı yenə özümüzdə görürəm. Hər dəfə belə şeyləri görəndə gur səslə etiraz etmək lazımdır. Skandal salmaq, cavab qaytarmaq, söz güləşdirmək. Böyük-kiçik, arvad-uşaq, ağbirçək-ağsaqqal fərqini qoymadan bu insanlara irad bildirmək lazımdır ki, hamısı mədəni şəkildə növbədə diyansalar həm bas-abas olmaz həmdə ki, pullarını vaxtında alacaqlar. Öz payıma deyim ki, bunu hər zaman etməyə çalışıram, nə qədər uğurlu alınır onu bilmirəm.

Anonymous said...

bu deyəsən 600min forumunda asılmışdır, sora da email vasitəsi ilə camahata yayılmışdır. Doğrudan da dəhşətli məsələdir.

Ruslan Asad said...

Bu ictimai medeniyyet problemidir: unsiyyet problemi, tehsilsizlik, sebrsizlik ve s. Her sheyin kokunde ise insanlarin azad olmamasi durur. Men de bu problemle aktiv mubarizenin terefdariyam. Biz bu cur hallarda etiraz etmekle ozumuzun deyishdiyimizi, fergliliyimizi onlara numayish etdirmish olurug ve bu da onlara canli/musbet numune olur.

Esmira Mammadova said...

Adnan, sənə demirlər ki, bu nə şüvəndir qaldırırsan, yenə kişisən, özünü mərfətli apar?

Parvana Persiani said...

Bu hem de terbiye problemidir, bu insanlar bele boyuyubler, bu onlar uchun chox normal haldir, eksine onlara etiraz edende "ne olub, ne olsun" kimi suallar verirler ve semimi shekilde teeccublenirler, hereketlerinde hec bir gebahet gormurler,chunki 50-60 yasha geder onlara hec kim bunun menfi hal oldugunu demeyib.

Adnan Hajizada said...

Esmira, deyirlər :)

ceyhun said...

Novbe ile bagli;

Ex 1: 30 adam novbede durub deyekki, bir nefer basib hamini kecir qabaga, isini gorub cixir gedir.
30 neferin 90%nin reaksiyasi - bacariqlidi, bacarana can qurban

Netice: ezmek lazimdir, eger bir insan ezilmek isteyirse onu ezmek lazimdir, sen ezmesen gedib basini basqasinin zopasinin altina qoyacaq mutleq.

Ex 2: genc qiz ve oglan munasibet gurub dusunek. istenilen qizin (cuzi istisnalar var) icinde bu kimi veziyyetlerde onun munasibetde oldugu oglanin yuxaridaki misalda oldugu kimi novbeye durmadan hamini ezib kecib meseleni hell etmesi kimi bir istek var. bu tip gedelere qabiliyeytli, bacarigli, isden bas cixaran, bacarana can qurban, bacarmayana ....ve.s kimi adlar veren bu milletdi.

Ex 3:"esas mesele tehsil deyil, kisi gerek dasdan pul cixara bilsin", "haminin usagi var, oda dolandirmalidi" kimi zorbalig dolu mentigsiz dusuk deyimler bu milletin icadidir. Avropadan almamisig:)

Esmira Mammadova said...

Ceyhunun 1 ex. ideyani chox beyendim. Realligi yaxshi eks etdirir.

Adnan Hajizada said...

Ceyhunun fikirleri ile raziyam, bir çox qadınlardan eşidmişən ki "Kişi gərək zirək olsun, fırlana bilsin, və s.". Demək istəyirəm ki, ailəsini dollandırmağın hesabına başqalarını əzib keçmək qəbul olunan hallardır.

Unknown said...

Rushvet alanlar (verenler), ogurlug edenler ve s. milyonlarla azerbaycanlilar esrler boyu ele bu prinsiple yasayiblar-ailemi dolandirmagdan otur, ushaglarimdan otru. Neticede de bu gunku cemiyyetimiz alinib. O cur dushunen insanlara (kishi gadin fergi yoxdur) yumshag desek pis terbiye verilib.

Anonymous said...

Bele bir novbe 28-de Kapital bankin da qarshisinda olur.

Her pensiya verilen vaxti. Orada 4 bankomat var. Ve adamlar saatlarla orada novbe gozleyirler. Oradan 2 kuche ashaqida Aqir Cinayetlere Dair Ishler Uzre Mehkemenin qarshisindaki bankomatin qabaqinda ise demek olar ki, hech vaxt adam olmur. Bizde arashdirmaq, oyrenmek deyilen bir shey yoxdur.