Ümid var GƏLƏCƏYƏ!

(Aynur Seidyusifə ithaf olunur)


O şəhərdə ki, doğma evində türmə həyatı yaşayanlar
Sevdiyi qadını özgə arvadı kimi qucaqlayanlar
Halal çörəyini əsir düşmüş əsgər kimi çeynəyənlər var...
Aqşin


Bir hüzn var məmləkətdə. Hər şey zülmətə qərq olub.Ümidsizlik və pessimizm əksər insanları əsir alıb bu ölkədə. İnsanların üzündə bir inamsızlıq, ölmüş arzuların əksi aydın sezilir. Küçədəki hər kəs aqressivdir, sanki bir-birinə nifrətini püskürmək üçün əlverişli məqam gözləyir. Sevgisizlik, nifrət atmosferi hökm sürür. Başını qaldırıb sabahına boylanan, normal gələcək qurmaq istəyən insanın bu ölkəylə bağlı planı ya yoxdur ya da qaranlıqdır. Qaçmaq, qurtulmaq istəyir insanlar. Bütün bu əzablardan və iztirablardan. Başlıqda Aqşinin verdiyim şerindən bir parça Azərbaycan insanının bu ölkədəki həyatını çox gözəl təsvir edir. İnsanlar sanki yaşamırlar, sürünürlər, can çürüdürlər.

Ancaq problem də odur ki, çıxış yolu üçün, bu duruma son vermək üçün çox az adam səy göstərir. Xalqımız uşaqlıqda nağıllarda oxuduğu “Ağ atlı oğlan”ı gözləyir. Səbirsizliklə gözləyirlər, bir an öncə gəlməsini istəyirlər, ancaq bu gününə tənbəllliklə, “hər şeyə boş ver” yanaşması ilə yaşayaraq gözləyirlər.

Bütün bu sadaladığım mənfi çalarlara baxmayaraq biz bir şeyi dəqiq başa düşməliyik ki, hələ heç nə bitməyib. Bir az da pafosa baş vursaq belə deyə bilərik: Hələ bütün qalalar fəth edilməyib. Nə qədər problemlər olsa da çıxış yolları da var. Bu gün ölkədə böyük miqyaslı olmasa da müəyyən işlər görən insanlar, gənclər var. Nəticə almaq isə biraz zaman tələb edir. İnanmaq və durmadan şalışmaq lazımdır. Passionar insanlar hələ də var, gənclər arasında isə gündən-günə çoxalmaqdadır. Unutmaq lazım deyil ki, hər bir xalqın taleyini onun 1-2 faizlik məsuliyyəti öz üzərinə götürən, yuxarıda dediyimiz passionar hissəsi həll edir. Kütlə hər yerdə oxşardır. Kütlənin içindən çıxan potensiallı insanların, liderlərin qarşısına qoyduqları məqsədlərə hansı müvəffəqəyitlə çatması ən önəmli faktordur.

Xüsusilə də gənclər sektorunda fəallaşma, təşəbbüskar gənclərin sayının çoxalması, şəbəkələrin, qrupların çoxalması, alternativ düşüncənin geniş vüsət alması sabaha ümidləri artırır. Azad düşüncəli, peşəkar, müsbət enerjiylə dolu insanların sayının artması sadaladığımız problemlərin sürətli həllində ən əsas açardır. 60-70 nəfər gənc insan var ki, bu gün istəklə, etdiyi işə inanaraq nələrsə etməyə çalışırlar. Ancaq bu həm kəmiyyət həm də keyfiyyət etibarı ilə kifayət deyil.

Təbii ki, ən önəmli və əhəmiyyətli vəzifə ölkə daxilindəki bu passionar təbəqə ilə enerjisini birləşdirib böyük sinergiyanı yaratmağa qabil olan ikinci qüvvə - Amerika və Avropanın müxtəlif ölkələrində təhsil alan tələbə və gənclərin üzərinə düşür. Bu cəmiyyətdən fərqli dünya görüşünə malik insanların içində yaşamaq və onlarla ünsiyyətdə olmaq, fərqli dünya baxışları, həyat standartları ilə tanışlıq, daha mükəmməl bilik və bacarıqları əldə etmək qurmaq istədiyimiz gələcək cəmiyyət üçün əsaslı şərait hazırlaya bilər. Bu monotonluqdan bizi ancaq bu fərqliliklər, onların ustalıqla bizə tətbiqi qurtara bilər. Boz rəngli cəmiyyəti düzəltməyin yeganə yolu budur. Ona görə də məncə xaricdə təhsil alan tələbələr öz həyatlarını xilas etmək üçün orda qalmaqla kifayətlənməməli, fədakarlıqdan bir payda öz üzərlərinə götürməyi bacarmalıdırlar. Sonda qayıdıb gəldiyimiz yer yenə bura olacaq, istəsək də istəməsək də!

Heç vaxt ruhdan düşməyək! Bir fərd kimi özümüzü hərtərəfli inkişaf etdirərək, dəyişərək və ətrafımızaı dəyişdirərək inamla irəli doğru addımlayaq!

Rəşadət Axundov

6 comments:

Araz Oner said...

Нет проблем, что одеть, где отдыхать, что купить.Проблема - как жить, чтобы потом не стыдно было.

Anonymous said...

a mne i seychas stidno

Humay said...

Saghol Reshadet!yaxshi yazmisan!bax burda indi seherdi ve men kitabxanadayam, yamanca ruhlandirdin meni..mence de heleki hech ne bitmeyib..durmadan chalishmaq mene bir az "Heyvanistan"daki Boxer atini xatirlatdi..amma islanmishin yagishdan ne gorxusu..Hormetle,Humay

Ruslan Asadov said...

Reshadet sevgi olsun! Gozel fikirlere ve emosiyadan emosiyaya gozel kechidlere gore choxsaghol. Xaricde tehsil almaq muhum faktordur. Amma gelin unutmayag ki, genclik arasinda xaricde tehsil almayan, ammma sosial deyishiklik getirmek uchun chox ishler goren genclik var. Mes: DALGA.
Muhum olan xaricde tehsil alanlarin ozlerinin musbet enerjisini, yaradici bilik ve bacariglarini burdaki telebelere oturmesidir. Hami xaricde tehsil alsa bu effekt vermeyecek. Insanlar chox charesiz oldughundan orda qalmag hagginda mutleg dushunecekler.

Rəşadət said...

Humay, yazının sənə müsbət emosiya verməsinə çox sevindim.
Ruslan, məqalədə ölkə daxilindəki passsionar hissə dedikdə mən məhz sən dediyin gəncləri nəzərdə tuturdum, xaricdə təhsil almamış, ancaq dəyişiklik görmək istəyən insanlar.Hər iki tərəf enerjisini vahid istiqamətə yönləndirməlidir.

Ruslan Asadov said...

deyer teblig edenler ozleri teblig etdikleri deyerleri yashamalidirlar. shexsi qurbanlarsiz ferdi ve ictimai deyishiklikler mumkun deyil.