Beynəlxalq Respublikaçılar İnstitutu (IRI) tərəfindən təşkil olunmuş səfər mayın 23-29 Litvanın Vilnüs şəhərində baş tutdu. Səfərin məqsədi Azərbaycanın sosial sahələrində aktiv olan gəncləri Litvadaki siyasi və ictimai vəziyyətlə tanış etmək idi. Belə ki, Azərbaycan qrupu OL! AGH, Dalğa GH, AGAT və YAP təşkilatlarının nümayəndələrindən ibarət idi.
Bu səfərdə OL-u Ənvər Bagiyev və Esmira Məmmədova təmsil edirdilər. Qrupun rəngarəngliyi xüsusi balans yaratdı. Litvalı gənclərlə və siyasi nümayəndələrlə görüşdə fikir müxtəlifliyi xüsusi diqqət cəlb etdi. Onu da qeyd etmək lazımdır ki, litvalılar çox təəccüblənirdilər ki, belə müxtəlif düşüncəli azərbaycan gəncləri necə bir qrupda kompromisə gələ bilir.
Bir həftə ərzində qrup nümayəndləri Litvanın Seimas parlamentinin millət vəkilləri və gənclər sektorunda nüfuzlu təşkilatlar ilə görüşlər keçirildi. Buna misal olaraq:
- Mantas Adomenas (“Homeland Union”dan olan millət vəkili);
- DARBAS gənclər təşkilatı və ən gənc millət vəkili Vytautas Gapsys;
- “Gənc Konservativlər” (“Justas Sireika”) gənclər təşkilatı;
- Şərq Avropa Araşdırmalar Mərkəzinin rəhbərliyi ilə, o cümlədən, Vytis Jurkonis;
- Liberal Hərəkat Partiyası;
- Vaidas Augunas – Xristian Demokratların üzvü,
- Mahir Həmzəyev – Litva-Azərbaycan Cəmiyyətinin Sədri;
- Litvalı Gənclər Şurası (Lithuanian Youth Council LİJOT).
Həmçinin, OLçular və digər gənclər. 28 may günü Azərbaycan Respublikasının səfirliyində Müstəgillik Gününə həsr olunmuş konsertdə iştirak etdilər. Bundan əlavə iştirakçılar IRI-nin Belarus ofisinin nümayəndələri ilə də tanış oldular. Qeyd etmək lazımdır ki, Belarus hakimiyyəti heç bir beynəlxalq nümayəndəlikləri ölkəyə buraxmır və bu səbəbdən bu təşkilatın Belarus ofisi Litvada yerləşir.
Görüşlər zamanı maraqlı fikir mübadilələri edilmiş, yeni əlaqələr qurulmuş, Azərbaycan və Litva gəncləri arasında əməkdaşlıq perspekləri müzakirə edilmişdir.
Gənc professionallar Vilnüsa mübadilə səfəri
Labels: reliz
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment