Emin, Adnan və xaricdə təhsil almış gənclər barədə

Dünən Bakı Apellyasiya məhkəməsi Emin Milli və Adnan Hacızadənin birinci instansiyanın qərarından verdikləri şikayəti təmin etməyib. Məhkəmə prosesi qapalı keçib. Onları müdafiə edən vəkillər məhkəmə tərkibinə etiraz etsələr də, bu vəsatət təmin edilməyib. Adnan Hacızadə və Emin Milli xuliqanlıqda təqsirləndiriliblər və barələrində iki aylıq həbs-qətimkan tədbiri seçilib.

Prosesin qapalı keçirilməsi iki şeyə işarə edir: birincisi, gənclərin aldığı xəsarətlər hələ tam sağalmadığından onları ictimaiyətə göstərmək məqsədəuyğun deyil. Digər tərəfdən isə bu qədər gülünc görünən ittihamı əsaslandırmaqla məhkəmə özünü daha artıq rüsvay etmək istəməyib.

Əslində bu yazı ilə bir neçə şeyə münasibət bildirmək istəyirdim. Heç kimi ittiham etmək fikrim yoxdu, sadəcə bir iki faktı diqqətinizə çatdırmaq istəyirəm və bundan hərə özünə nəticə çıxartsın.

"Lebanese" restoranında video müşahidə var. Bunu şəxsən görməsəydim bura yazmazdım. Yəqin belə bir ittiham açılandan sonra həmin videogörüntülər istintaq tərəfindən götürülüb. Çox güman ki, həmin videoyazı bir çox şübhələrə aydınlıq gətirər.

Bu yaxınlarda qəzetlərdən birində hadisə şahidlərindən birinin fikirlərini oxudum. Həmin adam iddia edirdi ki, "Lebanese" restoranında adam şox olduğundan onlar əvvəlcə stol sifariş etmişdilər. Həmin hadisə baş verməzdən iki gün öncə, mən bir nəfər dostua həmin restorana getdik. Lakin içəridə adam olmadığından, biz oradan çıxıb yaxınlıqda olan başqa bir yerdə yemək yedik. Həmin şahid fikirlərində onu da bildirir ki, onlar restoranda olarkən orada başqa adam (hadisə iştirakçılarından savayı) olmayıb. Şahid ona sürülən gəncləri ora məqsədli çağırmaq barədə olan şifahi ittihamları da rədd edir.

Emin və Adnan bu gün sayı on mindən çox olan qərbdə təhsil almış parlaq Azərbaycan gəncliyinin təmsilçiləridir. Onların ictimai fəallığını isə nəinki biz gənclər, elə hökumət özü də çox gözəl bilir. Mətbuatda dövlət rəsmilərinin onların haqqında heç vaxt oxumadığını oxuyanda növbəti bir yalan ortaya çıxır. İki il öncə Avropada təhsil alan Azərbaycanlı tələbələr, köhnə qitənin müxtəlif paytaxtlarında forumlar keçirəndə, həmin tədbirlərdə nazrilərdən tutmuş digər aşağı ranqlı məmurlara kimi çox adam iştirak edirdi. Emin Milli isə həmin forumların əsas təşkilatşılarından biri idi. Bunun üçün AZTV-nin arxivlərinə baxmaq kifayət edər.

İndiki müxalifətin özündə, Emin və Adnan kimi gənclərə qarşı qısqanclıq var. Belə olmasaydı, gənclərin ABŞ-ın dəstəyi ilə Azərbaycanda dövlət çevrilişinə hazırlaşdıqlarını iddia edən yazılar olmazdı. Bunun səbəbi, həmin gənclərin ənənəvi müxalifətlə eyni baxışlara malik olmamasıdır. Bu isə siyasi arenada köhnələr üçün yeni rəqiblərin yaranması deməkdir. Əslində həbs edilən gənclər siyasi deyil ictimai fəaliyyətlə məşğul olurdular. Xüsusilə də, ictimaiyyəti maarifləndirmək kimi bir rol oynayırdılar.

Gənclərə qarşı edilən provokasiyaya gəlincə, onun hakimiyyətin lap yuxarı eşelonundan gəldiyini tam qətiyyətlə demək olmaz. Hədəfin qərbtəhsilli gənlər olduğu tam aydındır. Məqsəd daha fəal olanları qorxutmaqdır. Əgər yalançı ittiham əsasında Emin və Adnan həbs olunacaqsa, o zaman digərlərini susdurmaq və çəkindirmək müəyyən qədər mümkün olacaq. Lakin hökumət bu addımı atarsa, əslində özü itirmiş tərəf olacaq. Hakimiyyət belə gənclərdən qorxmaqdansa, onlarla işləsə daha yaxşı olar.

Sirr deyil ki, bu gün xaricdə təhsil alıb, yeni düşüncə ilə ölkəyə qayıdan və mühüm vəzifələrdə çalışan gənclər var. Digər tərəfdən Azərbaycanın yeni burjuaziyasının (hazırkı məmur və varlıların övladları) əksəriyyəti qərbdə təhsil alır və onların ölkədəki proseslərə və vəziyyətə münasibəti valideynlərinin yanaşmasından fərqlidir. Bundan əlavə, dövlət 2015-ci ilə kimi 5000 tələbəni xaricdə təhsil almaq üçün göndərmək barədə proqram qəbul edib və hal-hazırda bu proses gedir. Bu gün Avropa və Amerikada təhsil almış və Azərbaycanda özünə perspektiv görmədiyindən ölkəyə qayıtmayan 5000 nəfərə yaxın gənc var. Yaxşı olardı ki, hökumət həm də bu kadr potensialından istifadə etsin və onu tmamamilə itirməsin.

Ehtiyatlı olun!

Kamil Piriyev

Qeyd: Məqalə Facebook-da yayılıb.

3 comments:

Anonymous said...

Azərbaycan ey dərdli yarım
Mən sənden ayrılıram artıq sən mənim deyilsən
Sən onlarınsan türkü kimsəsiz buraxanların, satanlarınsan
Artıq sən müqəddəs bayrağınla himninlə onlarınsan ümidsizcə yaşayanlarınsan
Səndən ayrıyam qərb ellərdə həsrətinlə yaşayıram sanma
Burda daha hürəm, daha ümidlə baxıram millətimə
Çünki burda insanam burda səni düşünmə haqqı verirlər mənə
Artıq yaşaya bilmirəm həbsxanaya çevrilmiş torpağında mən
Hələlik ey Azərbaycan...
Ağ Qurd

Anonymous said...

Azerbaycan sene ne oldu bele,
Torpaginda kafirler at oynatdi yene.
Hakimiyetin seninki deyil hele
Övladlarin möhtacdi bir tikeye

Vetendashin golu bagli bir guldur
Sanki qefesde darixan tek gushdur
Ses chixarmayin tuta-tutdur
Bunlarinki shirkdir-gunahdir

Genclerin peren-perendir,
Incilerin dunyaya sepelendi.
Ziyalilarin vetende aldadildi
Bir tike choreye satildi

Indi de kim dusher öne
Xalgi aparacg bir yana
Polisin qenimdir sene
Memurun dushmen yene

Qabaga duran iki nefer var
Onlarida zindana saldilar,
Chunki qorxurlar hagg sözden
Heqqe zaval yoxdur ezelden.

Bu gunki gun realligin budur bu
Bele getse kufrdur sonun
Shair gözel söylemish
YA GALX AYAGA YA TAMAM YAN!!!


Avropa 30 iyul 2009

FreeMan.

Anonymous said...

Vardir telatume ehtiyacin,
Usyandir tek älacin
Gana susayib padishahin
Varisidir sheytanin

Övladlarin kenarda hurdur
Veteninde kuskundur
Hani senin havadarin
Babeke var möhtacin

Vardir arxadan ox vuranin
Hazirdir her sheya ogullarin
Ingilabdir sene derman
Mene melhem, Azerbaycan.


31 iyul 2009

Freeman