İqtidardan olan deputatlar gənclərin həbsi barədə nə düşünür?

Adnan Hacızadə və Emin Millinin həbsi barədə iqtidar partiyasının deputatlarının mövqeyi ilə tanış olun.

Yeni Azərbaycan Partiyasının icra katibi, deputat Əli Əhmədov:
“Bəziləri gənclərin siyasi mövqeyinə görə tutulduğu iddiasını irəli sürür. Söhbət hansı siyasi mövqedən gedir? Filankəsin oğlu olmaq siyasi mövqedir? Restoranda siyasi mövqe ifadə olunur? Bu, çox qəribə məntiqdir ki, filankəs filankəsin oğludursa, yaxud jurnalistdirsə, onu həbs etmək olmaz”.


Milli Məclis sədrinin müavini
Bahar Muradova:
“O gənclərin təmsil olunduqları siyasi partiyaların rəhbərləri vaxtilə Azərbaycanda çoxsaylı nöqsanlara yol vermiş insanlardır. Amma onlar ölkədə açıq, azad, sərbəst şəkildə gəzib-dolaşırlar. İndi belə bir vəziyyətdə cavanlara qarşı hansısa təqibin həyata keçirildiyini düşünmək ağlasığmazdır”.


Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov:
“Xuliqanlığı siyasiləşdirirlər”.

3 comments:

Firudin Allahverdi said...

Ok. Heç kim unudulmur, heç nə yaddan çıxmır.
Zaman gələcək, tək üçünüzü deyil, hamınızı sorğu-suala tutacağıq...

Anonymous said...

Ay Siyavush muellim...Sen deyildin mi kechen yaylarin birinde Malakan baginda pivexanada oturub, araq ve ya viski ichib, ozunu xuligan kimi aparan? (achiqlama vermek istemirem)
Budur xuliqanliq!

Anonymous said...

Ali bey,
Deyirsiz ki, filankesin oglu olmag siyasi fealiyyetdir?
Eger bele deyilse prezidentimizin hal hazirda oturdugu kursude ne ishi var?
Guluncdur!